3-cü Beynəlxalq Uroonkologiya Simpoziumu

2019-cu il noyabrın 16-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə Bakıda 3-cü Beynəlxalq Uroonkologiya Simpoziumu keçiriləcəkdir.

Simpoziumda uroonkoloji xəstəliklərə müasir yanaşmanın rolu məsələləri müzakirə ediləcəkdir. 3-cü Beynəlxalq Uroonkologiya Simpoziumunda Azərbaycan ilə yanaşı Türkiyə, Almaniya, Niderland, Rusiya, Ukrayna, Belarus və Gürcüstandan mütəxəssislər uroonkoloji xəstəlikləri əhatə edən təqdimatlarla çıxış edəcəklər.

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçmişdir və 16 kredit vahidi verilmişdir.

Simpoziumun sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.