Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi

13-14 iyun 2025-ci il tarixlərində Bakıda Türkdilli Dövlətlərin Onkoloqlarının Birinci Konqresi keçiriləcək. Tədbir Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən təşkil edilir və Türkdilli ölkə onkoloqları arasında elmi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Türkdilli Dövlətlərin Onkoloqlarının I Konqresi iştirakçı ölkələrdə onkoloji xidmətin təşkilinin müzakirəsi, təcrübə və bilik mübadiləsinin aparılması, onkologiyanın aktual problemlərinin birgə həlli yollarının hazırlanması üçün mühüm platform rolunu oynayacaq. Tədbirdə kliniki onkologiyaya aid mövzular, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi geniş şəkildə müzakirə olunacaq.

Onkologiya sahəsində fəaliyyət göstərən bütün dəyərli mütəxəssisləri bu əlamətdar tədbirdə iştirak etməyə dəvət edirik. Siz çıxışlar və ya poster sessiyaları üçün tezislər təqdim edə bilərsiniz. Qəbul olunmuş tezislər konqresin tezislər toplusunda çap olunacaq.

Tədbirdə iştirak və tezis qəbulu pulsuzdur.

Tezis göndərmək üçün:

1. Aşağıdakı link vasitəsilə Şəxsi kabinet yaradın: http://aoc.com.az/?lang=az&smode=uzvol

2. Şəxsi kabinetinizi yaratdıqdan sonra email və şifrənizi istifadə edərək sayta daxil olun

3. Daxil olduqdan sonra açılan menyuda “Tezis göndərmək” düyməsini klikləyin və tələb olunan sahələri dolduraraq tezisinizi yükləyin.

Tezislərin göndərilmə qaydaları

  • Tezisin dili: Azərbaycan və ya ingilis
  • Tezisin həcmi: Maksimum 2500 işarə (boşluqlar daxil olmaqla)
  • Format: Times New Roman şriftində, şrift ölçüsü 11
  • Başlıq və müəlliflər: Tezisin başlığı, bütün müəlliflərin tam adları və onların çalışdıqları müəssisələr göstərilməlidir.
  • Tezisin məzmun strukturu: Tezis aşağıdakı hissələri əhatə etməlidir: aktuallıq, məqsəd, material və metodlar, nəticələr, xülasə.
  • Son göndərilmə tarixi: 31 mart 2025-ci il.


Tədbir haqqında əlavə məlumat və ya suallar ilə bağlı bizimlə əlaqə saxlaya bilərsiniz:

+994 51 871 59 21

oncoturkiccongress@gmail.com