Avropa Onkologiya Məktəbi (European School of Oncology - ESO)

Avropa Onkologiya Məktəbi (European School of Oncology - ESO) 1982-ci ildə Umberto Veronesi və Laudomia Del Drago tərəfindən yaradılmışdır. 40 ilə yaxındır ki, Avropa Onkologiya Məktəbi elmi tədbirlər o cümlədən konfranslar, master-klasslar, kurslar, təqaüd və klinik tədris proqramları təşkil edir. Avropa Onkologiya Məktəbinin əsəs məqsədi onkologiya sahəsi üzrə çalışan həkimlərin bilik və təcrübəsini artıraraq bu xəstəlikdən ölüm sayını azaltmaq və xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaqdır.

Clinical Training Centres Fellowship Program

Təcrübə proqramları Avropa Onkologiya Məktəbinin əsas fəaliyyət sahəsidir. Məqsəd gənc və perspektivli tibb mütəxəssislərinin onkologiya sahəsi üzrə karyeralarının inkişafına dəstək olmaqdır. Proqram onkoloqlar üçün Avropanın ən qabaqcıl xərçəng mərkəzlərində 3-6 ay müddətində öz ixtisasları üzrə bilik və təcrübələrini artırmaq üçün şərait yaradır. Proqramın iştirakçıları təcrübə zamanı qazandıqları bilikləri öz ölkələrində uyğun şəkildə tətbiq etmək imkanı qazanır.

Təcrübə proqlamları, həmçinin, uşaq onkoloqları üçün Avropa Onkologiya Məktəbi və Avropa Uşaq Onkologiyası Cəmiyyəti tərəfindən birgə təşkil edilir. Proqram çərçivəsində 3 - 6 ay müddətini müvəffəqiyyətlə keçən və seçilmiş onkoloqlar üçün təcrübə keçdikləri mərkəzlərdə daha 3-4 il ərzində qalmaq imkanı yaradıla bilir.

Avropa Onkologiya Məktəbi və Avropa Onkologiya Tibb Bacıları Cəmiyyəti bu sahə üzrə çalışan tibb bacıları üçün təcrübə proqramı təşkil edir. Proqram çərçivəsində tibb bacıları üçün müvafiq səyahət xərcləri və xərçəng mərkəzlərində hər 4 həftəlik dövr üçün 2000 Avro qrant ödənilir.

Certificate of Competence in Breast Cancer Program

Proqram Avropa Onkologiya Məktəbi və Almaniyanın Ulm Universiteti tərəfindən birgə təşkil edilir. Bu proqram süd vəzi xərçəngi xəstələrinə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması məqsədi ilə keçirilir. Ümumi müddəti 13 ay olan qiyabi proqram 5 fənn və 3 seminardan ibarətdir. Proqramı uğurla bitirmiş iştirakçılara Ulm Universiteti tərəfindən 13 ECTS (European Credit Transfer and Accumulation System Points) krediti təyin olunur və  akademik sertifikat verilir. Proqrama qəbul hər iki ildən bir keçirilir.

Certificate of Advanced Studies in Lung cancer

Proqram Avropa Onkologiya Məktəbi və İsveçrənin Sürix Universiteti tərəfindən torakal onkologiya sahəsi üzrə çalışan mütəxəssislərin bilik və təcrübələrini artırmaq üçün təşkil edilir. 12 aylıq proqramı uğurla bitirmiş iştirakçılara Sürix Universiteti tərəfindən 14 ECTS (European Credit Transfer and Accumulation System Points) krediti təyin olunur və akademik sertifikat verilir. Proqrama qəbul hər iki ildən bir keçirilir.

 Certificate of Competence in Lymphoma Program

Proqram Avropa Onkologiya Məktəbi və Almaniyanın Ulm Universiteti tərəfindən birgə təşkil edilir. Proqram limfoma xəstəliyinin elmi və praktiki aspektlərini əhatə edir. 14 ay ərzində qiyabi olaraq təşkil olunan proqram 3 seminardan və elektron şəkildə  tədris olunan 4 fənndən  ibarətdir. Proqramı uğurla bitirmiş iştirakçılara Ulm Universiteti tərəfindən 13 ECTS (European Credit Transfer and Accumulation System Points) krediti təyin olunur və akademik sertifikat verilir. Proqrama qəbul hər iki ildən bir keçirilir.

Online Masters

Yenilikçi beynəlxalq tədris proqramı Master Online Advanced Oncology Avropa Onkologiya Məktəbi və Ulm Universiteti tərəfindən birgə təşkil olunur. Təhsil proqramı hər il oktyabr ayında başlayır. Proqram 4 semestr ərzində 60 ECTS (European Credit Transfer and Accumulation System Points) kredit balı ilə təmin edən 6 moduludan ibarətdir. Proqramı uğurla bitirmiş iştirakçılara Magistr elmi dərəcəsi verilir.   

Avropa Onkologiya  Məktəbi həmçinin Tibbi onkologiya, Molekulyar onkologiya, Ginekoloji onkologiya sahələri üzrə də mütəxəssislər üçün bilik və təcrübələrini artırmaq məqsədi ilə onlayn şəkildə magistr poqramları təşkil edir.

e-ESO

 Avropa Onkologiya  Məktəbi eyni zamanda online kurslar da təşkil edir.Online kurslar onkologiyanın elmi, kliniki və müalicə aspektlərini əhatə edir. Kurslar bu vaxta qədər keçirilmiş tədbirlərdən slayd və video, həmçinin, e-sessiyalar şəklində virtual platforma üzərindən təşkil edilir. Kursların seçilmiş sessiyaları davamlı tibbi təhsil üzrə akkreditasiya olunub və bu sessiyalara qoşulan iştirakçılara müvafiq kredit vahidi verilir. 

Avropa Onkologiya Məktəbinin Azərbaycandakı səfiri Nərmin Talıbovadır. Məktəbin yaratdığı geniş imkanlar və təşkil etdiyi proqramlar barədə ətraflı məlumat almaq üçün aoc.com.az@gmail.com elektron ünvanı vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.