Azərbaycan Onkoloqlar Cəmiyyətinin iclası onlayn formatda Milli Onkologiya Mərkəzində keçirilib

15 mart 2021-ci il tarixində Milli Onkologiya Mərkəzində Azərbaycan Onkoloqlar Cəmiyyətinin iclası keçirilib. Tədbir videokonfrans formatında, “Zoom” platforması üzərindən onlayn şəkildə keçirilib.

Azərbaycan Onkoloqlar Cəmiyyətinin sədrin birinci müavini professor Kərimov Əflatun iclası açaraq COVİD-19 pandemiyası dövründə onkoloji xidmət və tədbirin əsas məqsədi barədə iştirakçılara məlumat verib.

İclasda Onkoginekologiya şöbəsinin həkimi Vəfa Quliyevanın “Endometriya xərçəngi. Cərrahi müalicə taktikası” və Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsinin həkimi Nərgiz Zeynalın “Pap-test, uşaqlıq boynu xəstəliklərinin skrininq metodları. Endometriya biopsiyası” mövzülarında məruzələri dinlənildi. 

Tədbirin sonunda ginekologiya üzrə müxtəlif müzakirələr aparılıb, iştirakçılar arasında fikir mubadiləsi aparıldı. İclasda 80 nəfərdən çox həkim iştirak etmişdir.

Növbəti iclasın 5 aprel 2021-ci il tarixində keçirilməsi planlaşdırılır.