Baş katib Talıbova Nərmin Məzahir qızı

Təhsili
  • 2006-2012 Müalicə – profilaktika fakültəsi, Azərbaycan Tibb Universiteti, Bakı, Azərbaycan
  • 2012-2018 Rezidentura, Milli Onkologiya Mərkəzi, Bakı, Azərbaycan
  • 2019 Beynəlxalq mübadilə Proqramı,Memorial Sloan Kettering Xərçəng Mərkəzi, Nyu York, ABŞ
  • 2019 Təcrübə, Hematologiya və Tibbi Onkologiya şöbəsi, Yena universiteti xəstəxanası, Yena, Almaniya
Elmi fəaliyyət
  • 2011-ci ildə, Portuqaliya, Lissabon, Santa Maria Xəstəxanasının Cərrahiyyə şöbəsində kurs keçmişdir.Tibb Tələbələri Assosiasiyasının Beynəlxalq Federasiyasının  beynəlxalq tələbə mübadiləsi proqramı.
  • 2016-cı ildə Amerika Klinik Onkologiya Cəmiyyəti (ASCO)  tərəfindən Beynəlxalq İnkişaf və Təhsil Mükafatına (IDEA) layiq görülmüşdür.
  • Ohayo Dövlət Universitetinin Xərçəng Mərkəzində təcrübə keçmişdir, Kolumbus, Ohayo, ABŞ.
  • 2017-ci ildə Türkiyənin Neolife Xərçəng Mərkəzində təcrübə keçmişdir.
  • 2017-2018-ci illərdə Avropa Onkologiya Məktəbi və Ulm Universiteti tərəfindən təşkil edilmis Süd vəzi Xərçəngi Proqramında  iştirak etmişdir.
  • 2019-cu ildə Salzburg Memorial Sloan Kettering Xərçəng Mərkəzi seminarında "Excellent Case Presentation"(Ən yaxşı xəstə təqdimatı) mükafatına layiq görülmüşdür.
  • Avropa Tibbi Onkologiya Cəmiyyətinin(ESMO) , Amerika Klinik Onkologiya Cəmiyyətinin(ASCO),Avropa Onkologiya Məktəbi(ESO) və Amerika Xərçəng Tədqiqatlar Birliyinin(AACR) üzvüdür.
  • Müxtəlif ölkələrdə keçirilən  40-a yaxın onkoloji konfranslarda iştirak etmişdir.
  • Qeyd olunan konfranslarda məruzəçi kimi çıxıs etmişdir: 2-ci Beynəlxalq Onkologiya üzrə konqress, Antalya, Türkiyə ; Onkologiya üzrə I regional konfrans,Tbilisi, Gürcüstan; Hong-Kong Universiteti(CHUK) 3-cü Çin  Sarkoma Masterclass, Hong-Kong, Çin; 9-cu Beynəlxalq Qastrointestinal Xərçəng Konfransı, İstanbul, Türkiyə; 3-cü Beynəlxalq Uroonkologiya Simpoziumu, Bakı, Azərbaycan; Süd vəzi-Ginekoloji və İmmunoonkologiya Beynəlxalq Xərçəng Konfransı, Qahirə, Misir 
İş fəaliyyəti
  • 2018 Həkim-onkoloq,I Kimyaterapiya şöbəsi, Milli Onkologiya Mərkəzi, Bakı, Azərbaycan
  • 2018 Şöbə müdiri,İctimaiyyətlə Birbaşa Ünsiyyət və Beynəlxalq Əlaqələr şöbəsi, Milli Onkologiya Mərkəzi, Bakı, Azərbaycan