Müasir onkologiyada immunoterapiya


2019-cu il sentyabrın  20-də Bakıda Milli Onkologiya Mərkəzində “Onkologiyada immunoterapiya” mövzusunda seminar keçirilib. Milli Onkologiya Mərkəzinin Baş direktorunun müavini, tibb üzrə fəlsəfə doktoru Fuad Quliyev seminarı açaraq onkologiya elminin müasir dövrdə inkişafı və tədbirin əsas məqsədi barədə məlumat verib.

Seminarda Rusiya Federasiyasından immunoterapiya üzrə  tanınımış mütəxəssislər: Rusiya Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor, N.N. Petrov adına Elmi-Tədqiqat Onkologiya İnstitutunun şiş hüceyrələrinin böyüməsi biologiyası şöbəsinin rəhbəri Yevgeni Naumoviç İmyanitov və  tibb elmləri doktoru, N.N. Bloxin adına Elmi-Tədqiqat Onkologiya İnstitutunun aparıcı elmi işçisi, onkoloq-terapevt Valeri Vladimiroviç Breder onkologiyada immunoterapiyanın rolundan bəhs edən təqdimatlarla çıxış ediblər. Seminarda professor Y.N.İmyanitovun “Onkologiyada “Universal” silah”, tibb elmləri doktoru V. V.Brederin isə “Ağciyər xərçənginə qarşı mübarizə” mövzusunda məruzələri dinlənilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş həkimi Azad Kərimli seminar zamanı Rusiyadan gələn mütəxəsisslər ilə görüşüb. Görüşdən sonra qonaqlar Milli Onkologiya Mərkəzinin şöbələrinə baş çəkiblər. Onlar xəstələrin müalicəsində tətbiq edilən müasir avadanlıqla tanış olublar.Tədbirin sonunda seminarda iştirak edən həkimlərə sertifikatlar verilib.