Sədrin birinci müavini professor Kərimov Əflatun Xudkar oğlu

Təhsili
  • 1960-1966 Müalicə-profilaktika fakültəsi, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutu, Bakı, Azərbaycan
  • 1966-1968 Ordinatura, Akademik M.A.Mirqasımov adına Respublika xəstəxanasının cərrahiyyə şöbəsi, Bakı, Azərbaycan
  • 1968-1971 Aspirantura, Torakal Cərrahiyyə şöbəsi, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakı, Azərbaycan
  • 1971-1975 Cərrahiyyə üzrə kurslar, Bakı, Moskva və Leninqrad şəhərləri
  • 1983-1987 Doktorantura, Həkimlərin Təkmilləşdirilməsi İnstitutu, Sankt-Peterburq
Elmi fəaliyyəti
  • 1971 Respublikada ilk dəfə olaraq bronxoqrafiya və bronxoskopiya – ağ ciyərlərdə müxtəlif xəstəliklərin bronxoloji müayinəsinə aid tibb elmləri namizədi dissertasiyasını müdafiə edib. (Bronxoloqiçeskie metodı issledovaniə pri razliçnıx zabolevaniəx leqkix)
  • 1989 SSRİ Mərkəzi Pulmonoloji İnstitutunda «Ağ ciyərdə göbələk xəstəlikləri» mövzusunda tibb elmləri doktorluq dissertasiyasını müdafiə edib.
  • Cərrahiyyənin müxtəlif sahələrinə aid 263-dən çox elmi əsərlərin, 22 metodik tövsiyyənin, 6 səmərəşdirici təklifin, o cümlədən 1989-cü ildə «Süd vəzisində I-II dərəcəli xərçəng zamanı yeni cərrahiyyə orqansaxlayıcı üsulun» müəllifidir.
  • Onun rəhbərliyi altında 6 nəfər tibb üzrə fəlsəfə elmləri doktoru müdafiə etmişdir.
İş fəaliyyəti
  • 1963-1966 Feldşer, Təcili tibbi yardım xəstəxanasının cərrahiyyə qəbul şöbəsi, Bakı, Azərbaycan
  • 1972-1974 Şöbə müdiri Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun klinikası, Bakı, Azərbaycan
  • 1976-1978 Cərrahiyyə şöbəsinin müdiri, Hərbi Hospital, Efiopiya, Əddis- Əbəbə
  • 1978-1980 Şöbə müdiri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutu Cərrahiyyə kafedrası klinikası , Bakı, Azərbaycan
  • 1980-1983 Şöbə müdiri,Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutu Travmatologiya kafedrası klinikası, Bakı, Azərbaycan
  • 1989-1990 Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutu Cərrahiyyə və onkologiya kafedrasının assistenti, dosenti və professoru, Bakı, Azərbaycan
  • 1990-1993 Onkologiya kafedrasının müdiri, Milli Onkologiya Mərkəzi, Bakı, Azərbaycan
  • 1993-2003 Onkologiya kafedrasının professoru, Milli Onkologiya Mərkəzi, Bakı, Azərbaycan
  • 2003 Abdominal şöbəsinin professoru, Milli Onkologiya Mərkəzi, Bakı, Azərbaycan