ABŞ alimi Azərbaycan Onkoloqlar Cəmiyyətinin fəxri üzvü seçilmişdir

ABŞ-ın Çikaqo İllinoys Universitet Xəstəxanasının Plastik rekonstruktiv və estetik cərrahiyyə şöbəsinin rəhbəri, Xəstəxananın Kraniofasial Mərkəzinin direktoru professor Mimis Koen tibb sahəsində müstəsna xidmətlərinə görə Azərbaycan Onkoloqlar Cəmiyyətinin fəxri üzvü seçilmişdir. Cəmiyyətin sədri akademik Cəmil Əliyev tərəfindən Fəxri üzvülük sertifikatı professora təqdim edilmişdir.

Prof. Mimis ABŞ-də öz sahəsi üzrə tanınmış mütəxəssisdir. O, klinik fəaliyyəti ilə yanaşı həmçinin elmi-tədqiqat işi ilə geniş şəkildə məşğul olur. Prof. Mimisin 160-dan çox məqaləsi dərc olunub, bir sıra kitabların redaktorudur, uzun illər Plastik rekonstruktiv cərrahiyyə  üzrə cəmiyyətlərin prezidenti kimi fəaliyyət göstərib.