“Süd vəzi xərçənginin müalicəsinə müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans

Martın 16-da Milli Onkologiya Mərkəzi, Avrasiya Onkoloji Dərnəyi, “Regional İnkişaf" İctimai Birliyi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bakıda “Süd vəzi xərçənginin müalicəsinə müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda yerli və Türkiyədən dəvət edilmiş mütəxəssislər süd vəzi xərçənginin müasir müalicə üsullarını əhatə edəcək mövzularla çıxış edəcəklər.Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən davamlı tibbi təhsil üzrə akkreditasiya olunmuş və 11 kredit vahidi verilmişdir.