5-ci Beynəlxalq Uroonkologiya Simpoziumu

10 dekabr 2022-ci il tarixində Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “5-ci Beynəlxalq Uroonkologiya Simpoziumu” keçiriləcək. Tədbirdə Azərbaycan mütəxəssisləri ilə yanaşı Almaniya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Türkiyədən mütəxəssislər uroonkoloji xəstəlikləri əhatə edən təqdimatlarla çıxış edəcəklər.

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçmişdir və 5 kredit vahidi verilmişdir.

Simpoziuma qeydiyyat ixtisas üzrə aparılır. Tədbirdə onkoloq, uroloq və radioloqlar iştrak edə bilər. 

Simpozium hibrid formatda baş tutacaq və “Zoom” platforması üzərindən yayımlanacaq.

Tədbirdə iştirak pulsuzdur.

Son qeydiyyat tarixi: 9 dekabr, 2022 saat 12:00

Tədbir günü qeydiyyat zamanı qeyd etdiyiniz elektron ünvana iştirak üçün link və məlumat göndəriləcək.

Ətraflı məlumat üçün:

mob.: +994554955569

e-mail: aoc.com.az@gmail.com