Məşhur professor Azərbaycan Onkoloqlar Cəmiyyətinin fəxri üzvü seçilmişdir

      İsveçrə Uppsala Universitetinin radiologiya üzrə professoru,  Falun Mərkəzi Xəstəxanasının Mamoqrafiya şöbəsinin tibbi direktoru, Amerika Birləşmiş Ştatlarının bir sıra  süd vəzi mərkəzinin məsləhətçi radioloqu, “Randomized Controlled Breast Cancer Screening” layihəsinin rəhbəri, “Mammography Education Inc.”-in prezidenti professor Laszlo Tabar Azərbaycan Onkoloqlar Cəmiyyətinin fəxri üzvü seçilmişdir.

        Professor L.Tabar dünya miqyasında süd vəzi xərçəngi ilə mübarizədə mühüm töhfə vermiş və 40 ildən çox davam edən karyerasında bu xəstəlik ilə bağlı vacib yeniliklərə imza atmışdır.

Professor L. Tabarın fəxri iştirakı ilə  2022-ci il sentyabrın 2-də Millli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Süd vəzi xərçəngi diaqnostikası və müalicəsində yeni era” adlı vebinar keçirilmişdir.