Yeni elmi-tibbi icmal işlənib hazırlanmışdır
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Ə. Əliyev və Mərkəzin şüa müalicəsi şöbəsinin rəhbəri, tibb elmləri doktoru professor İsa H. İsayev tərəfindən “İmmuno-onkologiya: bioloji əsasları, müasir vəziyyəti, şüa müalicəsi ilə birlikdə istifadə perspektivləri” adlı elmi-tibbi icmal işlənib hazırlanmışdır.
Son illərdə dünyanın aparıcı klinikalarında həyata keçirilmiş elmi araşdırmaların nəticələrinə əsaslanan icmal immuno-onkologiyanın müasir ümumi problemlərini və radioterapiyanın göstərilən sahədə istifadəsinin imkanlarını əhatə edir. İmmuno-onkologiyanın tədqiqat hədəfi bədxassəli şişlərin irsi onkoloji patologiyaları da daxil olmaqla etiologiyası, diaqnostikası, proqnozu, hədəf və/və ya fərdi müalicə planlarının hazırlanması və immun sistemini stimulyasiya etməklə, onun bədxassəli hüceyrələri tanımaq və məhv etmək xüsusiyyətlərini yüksəltməkdir.
İcmal kanserogenez sahəsində araşdırmalar həyata keçirən tədqiqatçılar, həmçinin onkoloji xəstəliklərin profilaktika, diaqnostika, müalicəsi ilə məşğul olan mütəxəsisslər üçün nəzərdə tutulmuşdur.
İmmuno-onkologiya:bioloji əsasları, müasirvəziyyəti, şüa müalicəsiilə birlikdə istifadə perspektivləri:
http://mom.gov.az/resources/content_files/avtoreferat/Immuno-onkologiya.pdf